Bakı sakinlərində narkotik maddə aşkarlanııb.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 6-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü V.Əliyevdən 0,270 qram heroin, ona narkotik vasitəni satan 1968-ci il təvəllüdlü İ.Nəsirovdan isə 3,938 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.