“Qubad İbadoğlu işi”nə görə tutulan alimə ittiham irəli sürüldü
Tarix: 9-08-2023, 09:05
Baxılıb: 127
Google+ Paylaş
Tumblr Paylaş

“Qubad İbadoğlu işi”nə görə tutulan alimə ittiham irəli sürüldü

9-08-2023, 09:05

ADR rəhbəri Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı iqtisadçı-alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, iki həftə əvvəl eyni maddə ilə - CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Fazil Qasımovun qardaşı Nazim Qasımov "Turan" bildirib ki, onu yaşadığı evdən aparıblar: "Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik".
 
Onun sözlərinə görə, F.Qasımov Azərbaycanda Qafqaz Universitetini bitirib, daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturanı bitirib.
 
"Bildiyimə görə, o, Mübariz Mənsimovun ("Palmali" gəmiçilik şirkəti – red.) şirkətində işləyib", - N.Qasımov sözlərinə davam edib.
 
"Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir", – sonda da əlavə edib.
 
Hələlik, olaya sözügedən şirkətdən də hər hansı münasibət bildirilməyib. (AzPolitika.info)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ