Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov kimdir? - FOTO
Tarix: 8-08-2023, 11:30
Baxılıb: 169
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov kimdir? - FOTO

8-08-2023, 11:30

Xəbər verdiyimiz kimi, Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.
Fazil Qasımov əslən Kəlbəcər rayonundandır. İxtisasca iqtisadçı olan Fazil Qasımov Niderlandda Tilburg Universitetində təhsil alıb. O, həmçinin 2019-cu ildən Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin doktorantıdır. Qasımovun Türkiyədə yaşamaq izni olduğu da bildirilir.
Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ