Sənədsiz evlərdə yaşayanlara VACİB XƏBƏR - Əmlak vergisi...
Tarix: 8-08-2023, 09:01
Baxılıb: 111
Google+ Paylaş
Tumblr Paylaş

Sənədsiz evlərdə yaşayanlara VACİB XƏBƏR - Əmlak vergisi...

8-08-2023, 09:01

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada əməli iş yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Sənədsiz evlərlə bağlı əsas problemlərdən biri isə evlərin sənədi olmamasına rəğmən dövlət tərəfindən onlardan vergi alınmasıdır. Vətəndaşlar bildirir ki, evlərinin rəsmi sənədi yoxdur, lakin dövlətə vergi ödəyirlər.

Bəs sənədsiz evlərdən əmlak vergisinin alınması qanunidir?

Reportyor.tv xəbər verir ki, bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, fiziki şəxslərin xüsusi qeydiyyatında olan mənzillər əmlak vergisinə cəlb oluna bilər:

“Ümumiyyətlə bələdiyyələr tərəfindən 3 əmlaka görə vergi tətbiq olunur və yığılır. Bunlar biri şəxsin mülkiyyətində, icarəsində və ya digər əsaslarla istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisidir. Binalara, fərdi yaşayış evlərinə görə və ya çoxmənzilli binalarda olan mənzillərə görə illik əmlak vergisinə cəlb olunurlar. Vətəndaşlar torpaq vergisini sırf torpağın keyfiyyəti, yerləşmə zonası və kateqoriyasına görə vergiyə cəlb olunurlar. Amma binalarda bu bir az fərqlidir. Bu gün Azərbaycan Respublikasının ərazisində kifayət qədər xüsusi hüquqlarına dair çıxarışları olmayan fərdi yaşayış evləri mövcuddur”.

Hüquqşünasın sözlərinə görə, fiziki şəxslərin yalnız xüsusi mülkiyyətində olan binalar əmlak vergisinin vergi tutma obyektidir: “Əgər vətəndaşın mülkiyyətində xüsusi bina və ya mənzil varsa, fiziki şəxs bir ay müddətində bələdiyyənin vergi xidmətində uçota yazılmalıdır və mülkiyyətlərində olan mənzillərin 30 kvadrametrini çıxmaq şərtiylə yerdə qalan kvadratmetrinə görə onların yerləşdiyi zonaya uyğun əmsallara vurulmaqla vergisi təyin olunur”.

Bütün bunlar isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən hesablanır – deyə Ramil Süleymanov bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ