Bayram Cababrov Beyləqan xəstəxanasının direktoru niyə təyin edildi? - Nürəngiz Bəşirova yenə də Beyləqan xəstəxanasını idarə edir
Tarix: 1-08-2023, 17:19
Baxılıb: 600
Google+ Paylaş
Tumblr Paylaş

Bayram Cababrov Beyləqan xəstəxanasının direktoru niyə təyin edildi? - Nürəngiz Bəşirova yenə də Beyləqan xəstəxanasını idarə edir

1-08-2023, 17:19

Bir müddət əvvəl TƏBİB direktoru Vüqar Qurbanovun əmri ilə Beyləqan xəstəxanasının direktoru Nürəngiz Bəşirova Sabunçu rayon xəstəxanasının rəhbərliyinə təyinat aldı. TƏBİB direktorunun digər sərəncamı ilə Beyləqan xəstəxanasının baş həkimi Bayram Cabbarov baş direktor təyin edildi.

"Beyləqan Xəbərləri" səhifəsinin əldə etdiyi məlumata görə Bayram Cabbarovun baş direktor təyin edilməsinin səbəbkarı məhz Nürəngiz Bəşirovadır.

Belə ki, Nürəngiz Bəşirovanın Bayram Cabbarovu öz yerinə baş direktor təyin etdirməsinin əsas səbəbi xanım Bəşirovanın pul alıb işə götürdüyü 200-ə yaxın şəxslərlə problemə düşmək istəməməsidir.
Nürəngiz Bəşirovanın pul alıb işə götürdüyü şəxslərin sayını hesablasaq onun əldə etdiyi vəsait ümumilikdə 1 milyon manatı keçir. Xanım Bəşirova işə götürdüyü şəxslərdən aldığı pulların bir hissəsini TƏBİB rəhbərliyinə çatdırıb. Bu belə olmasaydı regionda ən çox iş ştatı məhz Beyləqan xəstəxanasına ayrılmazdı.

Əldə etdiyimiz məlumata görə Nürəngiz Bəşirova Sabunçu xəstəxanasının direktoru təyin edilməsinə baxmayaraq, yenədə Beyləqan xəstəxanasını idarə edir. Baş direktor hər gün bir neçə dəfə Bayram Cabbarovla danışır, göstərişlərini verir və maliyyə məsələləri ilə bağlı məsləhətlərini bölüşür.

Bildirək ki, 133 çarpayılıq Beyləqan Rayon Mərkəzi Xəstəxanasında hazırda ümumilikdə 800 nəfərdən çox işçi işləyir. Nürəngiz Bəşirovun baş direktor işlədiyi dövrdə Beyləqan xəstəxanasına 250-ə yaxın işçi götürülüb.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ