“Oğurlanmış torpaqlar” mesajı müzakirələrə səbəb oldu
Tarix: 6-07-2023, 16:55
Baxılıb: 118
Google+ Paylaş
Tumblr Paylaş

“Oğurlanmış torpaqlar” mesajı müzakirələrə səbəb oldu

6-07-2023, 16:55

ABŞ dondurma şirkəti “Ben & Jerry's”nin 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə dərc etdiyi mesajda ölkənin yerlilərdən oğurlanmış torpaqlar üzərində qurulduğu fikrini səsləndirməsi mübahisələrə səbəb olub.
reportyor.org xəbər verir ki, sosial media üzərindən şirkətə sərt reaksiya verən istifadəçilər “Ben & Jerry's”i boykot etməyə çağırıblar. “Benandjerryisiboykotedin” etiketini qoyan istifadəçilər də şirkəti “yerlilərdən oğurlanan torpaqlar” üzərində biznes qurduğuna görə tənqid ediblər. Amerikalı dondurma nəhəngi Ben & Jerry's 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə yaydığı mesajda federal bayram zamanı bəzi faktlara diqqət yetirilməli olduğunu bildirib.
"İyulun 4-də yaxşı parad, ləzzətli manqal və maraqlı atəşfəşanlığı kim sevməz", - şirkət mesajında yazıb.
“Bütün bunlarla bağlı yeganə problem odur ki, bu, diqqəti bu xalqın doğulması ilə bağlı fundamental faktdan yayındıra bilər: "Birləşmiş Ştatlar yerli sakinlərdən oğurlanmış torpaqlar üzərində qurulub. Bu il onları geri qaytarmağa söz verək”.

Vermontda yerləşən şirkət ABŞ-ın dörd qurucu prezidentinin heykəllərinin əks olunduğu Cənubi Dakotadakı Raşmor dağı milli parkı da daxil olmaqla yerlilərə aid müqəddəs torpaqları geri qaytarmağa çağırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ