Sabahın hava proqnozu açıqlanıb
Tarix: 27-06-2023, 12:15
Baxılıb: 108
Google+ Paylaş
Tumblr Paylaş

Sabahın hava proqnozu açıqlanıb

27-06-2023, 12:15

İyunun 28-ə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Reportyor.tv  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi arabir güclənəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ