Hakan Fidan İliya Darçiaşvili ilə regiondakı vəziyyəti müzakirə etdi
Tarix: 18-06-2023, 00:25
Baxılıb: 157
Google+ Paylaş
Tumblr Paylaş

Hakan Fidan İliya Darçiaşvili ilə regiondakı vəziyyəti müzakirə etdi

18-06-2023, 00:25

İyunun 17-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
reportyor.org xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, İ.Darçiaşvili həmkarını Türkiyə Xarici İşlər Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı nazirlər Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyib və iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.
İ.Darçiaşvili türkiyəli həmkarına Gürcüstanın ərazi bütövlüyünə və ölkənin Avro-Atlantik istəklərinə verdiyi dəstəyə görə təşəkkür edib.
Regionda sülh proseslərinin müsbət idarə olunması, regionun sabit və davamlı inkişafının təmin edilməsi üçün iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.
Tərəflər Gürcüstanın Baş naziri ilə Türkiyə Prezidentinin Ankarada keçirilən son görüşünü yüksək qiymətləndirib və yüksək səviyyəli görüşlərin hazırkı intensivliklə davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatında Gürcüstan-Türkiyə əməkdaşlığı müsbət qiymətləndirilib və üçtərəfli nazirlər çərçivəsində görüşməyə hazırlıq ifadə olunub.
Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri türkiyəli həmkarını Gürcüstana dəvət edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ