2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır - YENİLƏNİB
Tarix: 16-06-2023, 16:04
Baxılıb: 129
Google+ Paylaş
Tumblr Paylaş

2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır - YENİLƏNİB

16-06-2023, 16:04

16 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.
Maliyyə Nazirliyindən "Reportyor.tv -Economics"ə verilən məlumata görə, qəbul edilmiş qanuna əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3116,5 milyon manat və ya 10,1 faiz artırılaraq 33890,5 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılacaq.
Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 155,0 milyon manat və ya 6,0 faiz artırılaraq 2734,3 milyon manat olacaq. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri isə 43060,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10034,4 milyon manat və ya 30,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41269,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3300,5 milyon manat və ya 8,7 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6733,9 milyon manat əlavə gəlirlər hesabına 1790,3 milyon manat profisit yaranacaq.
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır.
Reportyor.tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30774,0 milyon manatdan 33890,5 milyon manata, xərcləri 33353,3 milyon manatdan 36624,8 milyon manata qaldırılır.
Beləliklə, qanun layihəsinə əsasən dövlət büdcəsi xərclərinin məbləği 36624,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3271,5 mln. manat və yaxud 9,8% çoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ