Tramp məxfi sənədlərlə bağlı özünü təqsirli bilmədi
Tarix: 14-06-2023, 09:02
Baxılıb: 118
Google+ Paylaş
Tumblr Paylaş

Tramp məxfi sənədlərlə bağlı özünü təqsirli bilmədi

14-06-2023, 09:02

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədə bildirib ki, məxfi sənədlərlə düzgün işlənilmədiyinə görə özünü təqsirli hesab etmir.
reportyor.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Trampın ilk məhkəmə prosesinin keçirildiyi Mayamiyə eks-prezidentin çoxlu tərəfdarları və jurnalistlər toplaşıb. Hamısı hakimin hökmünü gözləyib.
O, özünü təqsirli bilməyib və hazırkı ABŞ lideri Cozef Baydenin ofisində və evində uzun illər saxlanılan 1850 qutu məxfi sənədin tapıldığına diqqət çəkib.
Günahın etirafı Trampa ittiham tərəfi ilə sövdələşməyə və daha yüngül cəza ilə razılaşmağa imkan verəcək. Tramp özünü təqsirli bilmədiyi üçün işə adi qaydada baxılacaq.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 38 maddə üzrə məxfi sənədlərə sahib olmaqda ittiham olunub. ABŞ Federal Təhqiqatlar Bürosu ötən ilin avqust ayında Trampın Floridadakı malikanəsində apardığı axtarış zamanı ümumilikdə 102 sənəd tapıb. Onlardan 17-də “tam məxfi” işarəsi qoyulub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ