ABŞ səbirsizliklə gözləyir: "Azərbaycan və Ermənistan arasında..."
Tarix: 14-06-2023, 09:00
Baxılıb: 136
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ səbirsizliklə gözləyir: "Azərbaycan və Ermənistan arasında..."

14-06-2023, 09:00

"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik".
reportyor.org xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.
Onun sözlərinə görə, razılaşma əldə oluna bilər.
"Əvvəlcə dediyimiz kimi, biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Hesab edirik ki, razılıq əldə edilə bilər. Təəssüf ki, bu görüş (əvvəllər nəzərdə tutulmuşdu - red.) planlaşdırma ilə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, - Miller əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ