Qazaxıstanın Baş naziri Azərbaycana gəlir
Tarix: 14-06-2023, 08:58
Baxılıb: 149
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanın Baş naziri Azərbaycana gəlir

14-06-2023, 08:58

Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov iyunun 21-də Azərbaycana səfər edəcək.
reportyor.org xəbər verir ki, səfər zamanı tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi çərçivəsində gələcək əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.
Bundan əvvəl Qazaxıstan Respublikasının ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Astanada keçirdiyi görüşdə demişdi ki, Baş nazir Smailovun səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə ticarət-iqtisadi əlaqələr üzrə əməkdaşlıq haqqında müvafiq nazirliklər səviyyəsində sazişin imzalanması mümkündür.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ