Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbində "pul yığımı" sezonu başladı...
Tarix: 13-06-2023, 11:16
Baxılıb: 2 556
Google+ Paylaş
Tumblr Paylaş

Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbində "pul yığımı" sezonu başladı...

13-06-2023, 11:16

Məlumdur ki, ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Vacibdir ki, belə hallara yol verən müəllimlər və yaxud direktorlar ciddi şəkildə cəzalandırılsınlar. Bəlli məsələdir ki, dövlət tərəfindən respublikamızın ən ucqar kənd və qəsəbələrində belə müasir standartlara cavab verən ümumi təhsil məktəbləri tikilərək istifadəyə verilmişdir. Ki, bu da uşaqların yüksək səviyyədə təhsil almasına, gələcəkdə dövlətə, ölkəmizə fayda verəcək səviyyədə bir şəxsiyyət kimi yetişməsinə dəlalət edir. Boş yerə deməyiblər ki, təhsil millətin gələcəyidir. Amma və lakin mövcud şəraitdən sui-istifadə edən müəllimlər və direktorlarda var ki, dövlətin təhsil sahəsində yaratdığı münbit şəraitdən kifayət qədər yararlanmağa çalışırlar. Hətta yararlanırlarda. Əslində onlar şagirdlərə sağlam təhsil vermək əvəzinə, onlara qazanc mənbəyi kimi baxır, hər əlləri dara düşəndə və yaxud varlanmaq sevdasına düşəndə başlayırlar şagirdlərdən müxtəlif bəhanələrlə pul yığaraq qazanc, gəlir əldə etməyə. Bəzən bir çox direktorlar və yaxud müəllimlər məqsədlərinə də çatır, özlərinə və övladlarına yatsalarda yuxularında əsla görə bilməyəcəkləri qədər var-dövlət toplayırlar. Əslində belələri düşünürlər ki, bir şansdır düşüb əllərinə, mümkün qədər istifadə etmək lazımdır.

Reportyor.tv-nin əldə etdiyi məlumata görə, belə pula həris, tamahkar, yığmaqla gözü doymayanlardan biri də Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin yeni təyin olunmuş xanım direktorudur.

Bildirilir ki, Çıraqlı kənd tam orta məktəbində şagirdlərdən min cür adla pul yığılması adi bir hala çevrilib və görünən odur ki, heç kim də cəzalanmır və Elm vəTəhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri də bu məktəbdə işləmir.
Valideynlərdən verilən bilgilərə görə, hazırda sözügedən məktəbə yeni təyin olunmuş xanım direktor şagirdlərdən təmir pulu adı ilə 3 manat məbləğində pul yığır. Direktorun bu adla pul yığması isə valideynlər tərəfindən narazılıqla qarşılanıb.
Valideyinlər bilmək istəyirler ki, onlar uşaqlarını məktəbə təhsil almağa gödərirlər, yoxsa məktəb təmir etdirməyə. Haqlı sualdır... Əlbəttə ki, hər birimiz valideyn olaraq uşaqlarımızı sağlam elmə, təhsilə yeyələnmək üçün məktəbə göndəririk, rüşvət elmi öyrənməyə yox.

Qeyd edək ki, sözü gedən məktəb 03 oktyabr 2017-ci il tarixdə ABŞ-ın maliyyə dəstəyi ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa olunub. Məktəbin açılışında ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın digər rəsmi şəxsləri iştirak ediblər.

Məsələnin düşündürücü tərəfi odur ki, dünyanın ən nüfuzlu dövlətinin maliyyə dəstəyi sayəsində inşa olunan bu təhsil ocağı direktorların şəxsi qazanc obyektinə çevrilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ