Paşinyanın var-dövləti açıqlandı: nələri var?
Tarix: 10-06-2023, 23:14
Baxılıb: 270
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın var-dövləti açıqlandı: nələri var?

10-06-2023, 23:14

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası Baş nazir Nikol Paşinyanın 2022-ci il üçün aktivləri, gəlirləri və xərcləri haqqında bəyannaməni dərc edib.
reportyor.org Axar.az-a istinadla xəbər verir ki, təqdim olunan bəyannaməyə görə, Nikol Paşinyanın hər hansı daşınar və ya daşınmaz əmlakı, qiymətli əşyaları ümumiyyətlə yoxdur.
Ermənistan Baş naziri yalnız banklardan birində saxlanılan əmanətini açıqlayıb: 3 milyon 15 min dram (təxminən 7,5 min dollar).
Gəliri isə yalnız aldığı maaş imiş – 12.837.503 dram (illik təxminən 32,5 min dollar).
2022-ci ilin sonunda Paşinyanın müxtəlif bank hesablarında 114,7 dram, 27 701,8 dram, 3,84 ABŞ dolları və 154 562,5 dram pulu qalıb.
Nikol Paşinyanın həyat yoldaşı, “Mer Typaran” MMC-nin 50%-nin sahibi və 2009-cu ildən təşkilatın direktoru olan Anna Akopyanın təmsil etdiyi 1 kommersiya təşkilatında payı var.
Qeyd edək ki, Nikol Paşinyanın xanımı Anna Akopyanın xaricdəki hesablarında 5 milyard dollardan çox vəsait olduğu barədə hələ 2 il öncə Ermənistanın İtaliyadakı sabiq səfiri məlumat yaymışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ