Anklavlar söhbəti Ermənistanın özünü anklava çevirə bilər: 1918-20-ci illər xəritəsi masaya gəlsinmi?
Tarix: 5-06-2023, 17:32
Baxılıb: 233
Google+ Paylaş
Tumblr Paylaş

Anklavlar söhbəti Ermənistanın özünü anklava çevirə bilər: 1918-20-ci illər xəritəsi masaya gəlsinmi?

5-06-2023, 17:32

2020-ci ilin iyulunda Tovuza təcavüz olan vaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan boyunu aşır” söyləmişdi. Başına vaxtaşırı qapaz vurulan Ermənistanın “yaddaş pozuntusu” olduğu üçün vaxtaşırı “boyunu aşır”, həm də anklavlarla bağlı...
Azərbaycanın 7+1 kəndini 31-33 ildir işğalda saxlayan ölkənin rəhbərliyi hələ utanmazcasına bu mövzunu uzatmağa, mübadilə mövzusuna çevirməyə çalışır. Gah bir rəsmisi deyir anklavlar üçtərəfli bəyannamədə var idi, mən israr etdim, razılaşmadan çıxarıldı, gah başqa “hava” oxuyanlar çıxır ortaya. Belə bir iddia ilə çıxış etməyin özü belə, beynəlxalq hüquqa qarşı çıxmaq, işğalçılığa, terrora bəraət qazandırmaqdır. Bu gün Laçın yolu ilə bağlı zəhləmizi tökən erməni rəsmilər Azərbaycanın işğal altındakı 8 kəndindən dinc insanların necə qətlə yetirilməsindən, qovulmasından, yurd-yuvalarının yağmalanmasından bixəbərdirlərmi?!  Sadalayanda bəlkə də çoxlarına asan gəlir, düşünürlər ki, əşi, 8 kənddir də...
anklav.jpg (345 KB)
Xatırlatma edək: Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Ermənistan rəsmiləri ara-sıra Azərbaycan ordusunun son əməliyyatlar nəticəsində guya sərhədi o tərəfə keçdiyini həyasızcasına iddia edirlər. Amma gəlin Ermənistanın işğalı altında olan kəndlərimizin ərazisinə diqqət edək: Bağanıs Ayrımın 40, Sofulunun 22, Kərkinin 19,2, Qızılhacılının 11, Barxudarlının 10,1, Aşağı Əskiparanın 9,1, Yuxarı Əskiparanın 8,6, Xeyrimlinin 4,1 kvadrat kilometr ərazisi var.
Xankəndidə və digər ərazilərimizdə, rusların kölgəsində “buğlana-buğlana” gəzənlərin guya “genosid” edildiyini iddia eləyən Ermənistan hakimiyyəti yaddaş xəstəliyindən əziyyət çəkirsə, özünü müalicə elətdirsin. Təkcə bu fakta görə: Ermənistanın ötən əsrin sonlarında Azərbaycan ərazisində törətdiyi ilk soyqırım hadisəsi Bağanis Ayrım kəndində baş verib. Novruz şənlikləri keçirən kənddə 5 nəfərlik ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb! Ümumilikdə 10 dinc sakin qətlə yetirilib, 15 nəfərdən çox kəndli yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib! Tarixin izini pərdələmək olmaz, amma silmək olmaz! Bu cinayətlər digər anklavlar daxil, demək olar ki, əksər kəndlərimizdə törədilib. Amma indi Ermənistan rəsmiləri utanmazcasına şəhidlərimizin qanı tökülmüş torpaqlarımızı bazarlıq predmetinə çevirmək istəyirlər. Axı siz kimsiniz? Sizdən soruşan varmı ayın neçəsidir?! Siz məğlubsunuz! Azərbaycan nə deyirsə, beşəlli razı olun, ölün öldüyünüz yerdə, qalın, qaldığınız yerdə! Prezident İlham Əliyevin mayın 28-də Laçında dediyini sırğa edin, asın qulağınızdan: “Delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır!” Olmalıdır, vəssalam!
delim.jpg (48 KB)
Amma belə görünür ki, Ermənistandakı bəzi dairələrə ötənlər dərs olmayıb. Əks təsdirdə, Gədəbəyin Başkənd kəndinə iddia etməz, 40 kvadrat kilometrlik ərazinin anklavlarla mübadiləsindən danışmazdılar. Azərbaycanın 20 faizədək ərazisini 30 ilə yaxın işğalda saxlayan, 700 mindən çox mülki vətəndaşını yurdundan didərgin salan, 300 minədək azərbaycanlını dədə-baba torpaqlarından, Qərbi Azərbaycandan deportasiya edən, minlərlə dinc sakinin, hərbçimizin ömrünə son qoyan, sərvətlərimizi tar-mar edən ölkənin dili olmamalıdır nəyisə diktə etməyə, şərt irəli sürməyə, “mübadilə” sözünü dilə gətirməyə! Sən hələ Azərbaycana, azərbaycanlılara (Qərbi azərbaycanlılara) vurduğun zərbələrin cavabını ver, yüz milyardlarla dollarlıq kompensasiyanı ödə, rəsmən üzr istə, sülh müqaviləsi imzala, ondan sonra söz istə! Düşünürlər ki, Nikol Paşinyan Ankarada Azərbaycan və Türkiyə prezidentləri ilə görüş fürsəti əldə edibsə, onların ürəyini ələ ala bilib və tarixən olduğu kimi, Türkün humanizmindən sui-istifadə edib, niyyətlərini reallaşdıra biləcəklər. Bu dəfə keçməyəcək, başımız çox çəkdi!
Azərbaycan dövlətinin mövqeyi aydındır, kimsə onun anklavlarla bağlı qarşılıqlı razılaşmaya və yaxud anlaşmaya getdiyini iddia edə bilməz. Azərbaycan əraziləri son qarışına qədər işğaldan azad olunmalıdır, heç bir şərt irəli sürülmədən! Tarixən ermənilərin yaşamadığı, 80-ci illərdə isə 60 minədək azərbaycanlının içərisində cəmi 3 erməninin olduğu iddia edilən Laçında işğal dövründə süni məskunlaşdırılan ermənilər Kərkiyə yerləşdirilib. İndi onlar şivən salıblar ki, bəs, biz yenə də qaçqın düşəcəyik, cəhənnəmə ki! Sənə kim demişdi laçınlının evindən çıx, sonra get kərkili azərbaycanlının evinə soxul?! Vaxtilə Xocalıya köçən qaçqın-köçkünlər var idi e, mehseti türkləri daxil, onların başına nə müsiblətlər gətirdiyinizi unutmusunuzmu? Azərbaycan dövləti heç vaxt mülkilərlə bu sayaq davranmadı. Şuşa şəhərində kütləvi məzarlıqlar aşkarlanır, hələ 4 minədək itkinimizdən xəbər yoxdur. Soyqırım budur! Ona görə də kimsə Laçın gömrüyündə, sərhəd məntəqəsində ermənilərin pasportunun yoxlanmasından “genosid” şousu yaratmağa cəhd eləməsin! Hələ onların daşıdığı pasportun Azərbaycan pasportu olmadığını da unutmasınlar: bu, Azərbaycan fərqliliyi, humanizmidir, ikinci bir dövlət etməzdi!
Ən nəhayət, Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi Qarabağdakı 10 minlik qeyri-qanuni erməni ordusunun işğalında qalmaqdadır! Ermənistan rəhbərliyi yaxasını kənara çəkməsin ki, “bizim Dağlıq Qarabağ ermənilərinin əvəzində danışmaq hüququmuz yoxdur”. Sizin hüququnuz başınıza dəysin! Sizin 30 ildə hüquqmu bildiniz?! Qarabağ ermənisinə ildə yarım milyard dollaradək pul göndərə bilirsiniz, onların əvəzindən danışa bilmirsiniz?!
mehv.jpg (348 KB)
Nikol Paşinyan 1975-ci il xəritəsindən bərk yapışıb, olsun... O halda Azərbaycan da masaya 1918-20-ci il xəritələrini qoyacaq, 114 min kv.km-lik Azərbaycanın xəritəsini. Hüquq məsələsi ortaya gəlirsə, o halda Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 2-cü maddəsini xatırlayaq: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
xerite.jpeg (87 KB)
Nikol Paşinyan məhz buna görə 1991-ci il söhbətlərindən yayınmağa, söhbəti 1975-ci ilə aparmağa çalışır. Dövlət başçımız Laçında olarkən “Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görürük, unutmasınlar” - söylədi. Elə-belə demədi... Azərbaycanın 8 kəndini görməzdən gələnlər yaxşı-yaxşı düşünsün: Ermənistan içərisində yeni anklavlarımızın əsası qoyula, hətta 9 min kv.km-lik Ararat Respublikası adlı anklav yarana bilər...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ