Stoltenberq Ərdoğanı yola gətirmək üçün Ankaraya gedir
Tarix: 1-06-2023, 14:26
Baxılıb: 152
Google+ Paylaş
Tumblr Paylaş

Stoltenberq Ərdoğanı yola gətirmək üçün Ankaraya gedir

1-06-2023, 14:26

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün tezliklə Ankaraya gedəcəyini bildirib.
reportyor.org xəbər verir ki, bu barədə Stoltenberq Osloda keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verərkən bildirib.
“Bu həftənin əvvəlində prezident Ərdoğanla görüşdüm. Mən həmişə İsveçin üzvlük məsələsində irəliləyiş əldə etməyin vacibliyini vurğulayıram. İsveçin mümkün iştirakını necə əldə edə biləcəyimizi müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya da gedəcəyəm”, - deyib.
Ötən il Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında Türkiyə və digər müttəfiqlərin İsveç və Finlandiyanı üzvlüyə dəvət etdiyini vurğulayan Stoltenberq deyib:
“Unutmamalıyıq ki, bütün müttəfiqlər və Türkiyə İsveçi tamhüquqlu üzv olmağa dəvət edib və bu, Madriddə keçirilən son sammitdə baş verib. Finlandiya və İsveç may ayında müraciət etdiyi üçün indiyə qədər bu çox sürətli qəbul prosesi olub. Finlandiya artıq üzv olub və əminəm ki, İsveç də olacaq. Bunun mümkün qədər tez baş verməsi üçün çalışırıq. Mesajım budur ki, üzvlük İsveç üçün, Skandinaviya ölkələri üçün, Baltikyanı ölkələr üçün və həmçinin NATO üçün yaxşıdır. Bu, NATO-nu daha da gücləndirəcək, həm də Türkiyə və bütün müttəfiqlər üçün xeyirli olacaq. Yaxın vaxtlarda Ankaraya gedəcəyəm, amma tarix hələ dəqiq deyil”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ