Rusiya prezidenti Vladimir Putin gələn həftə Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin Moskvada keçiriləcək sammitində, eləcə də Avrasiya İqtisadi Forumunda iştirak edəcək.
reportyor.org xəbər verir ki, bu barədə bazar günü "Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" proqramında məlumat verilib.
Məlumata görə, Rusiya lideri Aİİ-dəki həmkarları ilə ikitərəfli görüşlər keçirə bilər.
