Mehriban Əliyeva qalib gimnastlarımızı təbrik etdi - FOTO
Tarix: 21-05-2023, 21:20
Baxılıb: 160
Google+ Paylaş
Tumblr Paylaş

Mehriban Əliyeva qalib gimnastlarımızı təbrik etdi - FOTO

21-05-2023, 21:20

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 21-də qrup hərəkətləri komandamızın Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə "Instagram" hesabında paylaşım edib.
reportyor.org xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında parlaq qələbə münasibətilə gimnastlarımızı təbriklərini çatdıraraq qeyd edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”
Xatırladaq ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə uğurla çıxış ediblər. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ