Diplomatik müstəvidə mübarizə: Rusiyanın vasitəçiliyi təhlükə vəd edir, yoxsa...
Tarix: 19-05-2023, 15:58
Baxılıb: 185
Google+ Paylaş
Tumblr Paylaş

Diplomatik müstəvidə mübarizə: Rusiyanın vasitəçiliyi təhlükə vəd edir, yoxsa...

19-05-2023, 15:58

"Bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesində böyük intensivlik müşahidə olunur. İlin əvvəlində Münhen Təhlükəsizlik Konfransı, ardınca ABŞ-nin vasitəçiliyi ilə baş tutan görüşlər, XİN rəhbərləri arasında müzakirələr Brüssel formatını yenidən canlandırdı. Brüsseldə Azərbaycan və Ermənistan liderləri görüşdü. Digər tərəfdən, Rusiya da XİN rəhbərləri səviyyəsində vasitəçiliyə dair təşəbbüs irəli sürüb. Burada diplomatik müstəvidə də mübarizəni görürük. Qlobal miqyasda Rusiya ilə Qərb dünyası müharibə şəraitindədir. Eyni zamanda Rusiya da Cənubi Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin yaradılmasına dair öz gündəliyini genişləndirməyə çalışır".
Bu sözləri reportyor.org-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, sülhə dair böyük planlar, nailiyyətlər, həm də iqtisadi əməkdaşlığı prioritetə çevirəcək.
"Bu xüsusda nəqliyyat və kommunikasiya xətlərinin müstəsna əhəmiyyəti var. Eyni zamanda kommunikasiyalar üzərində suverenlik məsələsi bu gün əsas tərəflər, xüsusilə vasitəçilər arasında mövzuya çevrilib, sual kimi ortaya çıxır. Çünki eksteriterial status əsasında dəhlizlərin fəaliyyət göstərməsi, yaxud kommunikasiyalar üzərində suverenlik bu gün vasitəçilər və moderatorlar üçün də maraq kəsb edir.
Ona görə də, bu görüşlər silsilə xarakter daşıyır. Bir sıra məsələlər müzakirə olunur, amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən qəbul olunub, digər tərəfdən bu, artıq rəqəmlərdə də əksini tapıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 86,6 min kvadratkilometr ərazisi artıq heç bir mübahisə, danışıqlar predmeti deyil və Ermənistan Azərbaycana qarşı heç bir ərazi iddiası sürə bilməz.
Ona görə də məsələləri fundamental şəkildə həll etmək və ortaq mövqelərə çıxmaq önəmlidir. Hesab edirəm ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlər də regional sülhün gücləndirilməsinə yardımçı olacaq",- deyə politoloq yekunlaşdırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ