4 ildən sonra Moskvadan Tbilisiyə gələn ilk təyyarəni belə qarşıladılar - Foto
Tarix: 19-05-2023, 15:57
Baxılıb: 186
Google+ Paylaş
Tumblr Paylaş

4 ildən sonra Moskvadan Tbilisiyə gələn ilk təyyarəni belə qarşıladılar - Foto

19-05-2023, 15:57

4 illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuşu həyata keçirən Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisidə eniş edib.
reportyor.org "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Vnukovo hava limanından havaya qalxan təyyarə yerli vaxtla saat 13:17-də Gürcüstan paytaxtına enib. Bu, iki ölkə arasında birbaşa reyslərə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Moskvadan ilk uçuşdur. Rusiya aviaşirkətinin təyyarəsinin göyərtəsində olan sərnişinlərə bu hadisənin şərəfinə şampan şərabı verilib.
Məlumata görə, Kremlyönümlü siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Moskvadan Tbilisiyə ilk reyslə gəlib.
Eyni zamanda hava limanında gürcü müxalifətinin və Rusiyaya birbaşa uçuşların bərpasına qarşı çıxan digər şəxslərin etiraz aksiyası keçirilir. Hüquq-mühafizə orqanlarının gücləndirilmiş dəstələri hava limanına cəlb edilib.
Fəallar uçuşu etiraz bannerləri, Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları ilə qarşılayıblar.
Daha əvvəl 100-dən çox qeyri-hökumət təşkilatı Gürcüstan hakimiyyətini Rusiya ilə uçuşları bərpa etməklə Aİ-yə namizəd statusunu sabotaj etməkdə ittiham edib.
Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini və Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ