TƏCİLİ: Ermənistan PUA-larla hücuma keçdi - FOTO
Tarix: 18-05-2023, 09:47
Baxılıb: 323
Google+ Paylaş
Tumblr Paylaş

TƏCİLİ: Ermənistan PUA-larla hücuma keçdi - FOTO

18-05-2023, 09:47

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Bu barədə reportyor.org-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.
"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ