Separatçılar Paşinyanı hədələdilər: Sənədi imzalasa...
Tarix: 15-05-2023, 14:58
Baxılıb: 364
Google+ Paylaş
Tumblr Paylaş

Separatçılar Paşinyanı hədələdilər: Sənədi imzalasa...

15-05-2023, 14:58

"Ermənistanın baş naziri Nikol Paşinyanın və ümumiyyətlə, "Artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə almadan müəyyən dövrdə hakimiyyətdə olan hər hansı digər hakimiyyət orqanlarının imzası qeyri-legitim olacaq".
reportyor.org xəbər verir ki, bunu separatçı, qondarma "Artsax" parlamentində “Ədalət” fraksiyasının rəhbəri David Qalstyan deyib.
Separatçı hesab edir ki, Paşinyan hakimiyyəti saxlamaq üçün nəyəsə imza ata bilər, amma onun imzası erməni xalqının iradəsini əks etdirmir. "Ona görə də bundan sonra proses Nikol Paşinyanın antimilli hərəkətlərdə ittiham olunmasına yönələcək, o, qanunun bütün hədlərində cəzalandırılacaq”, - Qalstyan vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ