"Rusiya geosiyasi baxımdan uduzub və bu dövlətin vassalına çevrilir" - Makrondan SƏRT AÇIQLAMA
Tarix: 14-05-2023, 23:34
Baxılıb: 188
Google+ Paylaş
Tumblr Paylaş

"Rusiya geosiyasi baxımdan uduzub və bu dövlətin vassalına çevrilir" - Makrondan SƏRT AÇIQLAMA

14-05-2023, 23:34

"Rusiya Federasiyası Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzub və indi Çinin vassal dövlətinə çevrilir".
Bu barədə reportyor.org Fransa prezidenti Emmanuel Makronun "L'Opinion" qəzetinə verdiyi müsahibəsinə istinadla xəbər verir.
Makronun sözlərinə görə, Rusiya faktiki olaraq Çinin tabeçiliyinə keçib və həmçinin Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur edib. Bu səbəbdən Baltik dənizində onun üçün kritik əhəmiyyət kəsb edən əl azadlığını itirib.
“Cəmi iki il əvvəl belə bir şeyi təsəvvür etmək mümkün deyildi, amma bu gün bu, artıq geosiyasi məğlubiyyətdir", - Makron deyib.
O, Rusiyanın bu müharibədə hərbi müstəvidə qalib gəlməməli olduğunu və Avropanın ukraynalılara həm əks-hücumun hazırlanmasında, həm də baş tutacaq danışıqlar üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin hazırlanmasında kömək etməli olduğunu vurğulayıb.
"Avropa təhlükəsizliyinin arxitekturası tamamilə Ukraynaya şamil edilməlidir. O, həmçinin Rusiya ilə qarşıdurmanın olmamasını və sabit qüvvələr balansının bərpasını təmin etməlidir. Lakin bu hələ çox uzaqdadır", - Makron bildirib.
Xatırladaq ki, mayın 14-də Ukrayna prezidenti Volodimir Zelenski Fransaya səfər etməyi planlaşdırır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ