Yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 13-05-2023, 11:45
Baxılıb: 200
Google+ Paylaş
Tumblr Paylaş

Yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq

13-05-2023, 11:45

Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən reportyor.org-a verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ