Kəlbəcərdən mineral su gətirməyə icazə verilmir - Açıqlama
Tarix: 8-05-2023, 23:40
Baxılıb: 354
Google+ Paylaş
Tumblr Paylaş

Kəlbəcərdən mineral su gətirməyə icazə verilmir - Açıqlama

8-05-2023, 23:40

Kəlbəcərdən mineral su gətirməyə icazə verilmir iddialarına Daxili İşlər Nazirliyindən açıqlama gecikmədi "İddialarda səslənən fikirlər həqiqəti əks etdirmir".
reportyor.org xəbər verir ki, Kəlbəcər rayonuna müvafiq icazə əsasında səfər edən heyvandarlar, arıçılar və digər şəxslərin iddiasına görə rayondan geri dönərkən İstisu, Turşsu və digər mineral bulaqların sularını gətirilrilməsinə icazə verilmir.
Maksimum 15_20 litrdən artıq su gətirilməsinə görə keçid postlarında əngəl törədilir.
"Biz sərhəd keçmirik, ölkəmizin bir guşəsindən digər hissəsinə doğru yol gedirik.Bu nə qayda , nə yasaqdır?Həqiqətənmi qanunlara söykənən məhdudiyyətdir?" İddialarına Daxili İşlər Nazirliyinin rəsmi münasibəti özünü gözlətmədi.
DİN Mətbuat Xidməti Qərb regional qrupunun baş inspektoru , polis kapitanı Eşqin Qasımov qaldılan iddia və məsələyə dair açıqlama verib:"
Kəlbəcər rayonuna gedən şəxslərin oradan geri qayıdarkən oradan mineral sulardan gətirə bilməməməsi ilə bağlı iddialar doğru deyil və həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı bildirim ki, indiyədək artıq bir neçə dəfə qanuna müvafiq şəkildə Kəlbəcərə gedib geri dönərkən oradan Kəlbəcərin məhşur müalicəvi sularından iri tutumlu su çənlərində Gəncə şəhərinə və digər rayonlara gətirilərək qeyri qanuni şəkildə qablaşdırılaraq satılması ilə bağlı çoxsayda faktlar ortaya çıxıb.
Məlum olduğu kimi belə hallar qanunlara ziddir və komersiya xarakterli daşınmalar üçün İqtisadiyyat Nazirliyinin və digər aidiyyati qurumların razılığı və icazəsi lazımdır ki, şəfalı sular komersiya təyinatına yönləndirilə bilinsin.
O ki,qaldı məsələnin digər tərəfinə icazəli vətəndaşlar iri tutumlu su çənlərində deyil, müvafiq ölçülü qutularda və əl qablarında özləri və yaxın qohumları üçün hər hansı məhdudiyyətsiz mineral su gətirə bilər.
Təkcə Kəlbəcər rayonuna deyil , ölkənin bütün bölgələrinə məxsus olan təbii ehtiyatlardan vətəndaşlar fərdi qaydada istifadə edə bilər.Lakin bu ehtiyatlardan komersiya məqsədi üçün istifadə olunması yalnız dövlət qurumlarının müvafiq icazəsi əsasında həyata keçirilə bilər, xaotik, pərakəndə və qanunlara zidd şəkildə deyil.
Mineral ehtiyatların gətirilməsinə qoyulan yasaqlarla bağlı səslənən əsassız iddiaların təməlində məhz qanunvericiliyin əsas verdiyi bu qaydalar dayanır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ