"Silah baronu" Qalstyanın həbs müddəti uzadıldı
Tarix: 5-04-2023, 10:45
Baxılıb: 201
Google+ Paylaş
Tumblr Paylaş

"Silah baronu" Qalstyanın həbs müddəti uzadıldı

5-04-2023, 10:45

Məhkəmə “silah baronu” David Qalstyanın həbs müddətini iki ay uzadıb.
reportyor.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni biznesmen David Qalstyan yararsız təyyarə raketlərinin alınmasında iştirakda ittiham olunur. Lakin o, günahını etiraf etmir.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin vəsatəti əsasında iş adamı David Qalstyanın (daha çox “Patron Davo” kimi tanınır) həbs müddətinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Qalstyan son 2-3 il ərzində dəfələrlə həbs edilsə də, bir müddət sonra azadlığa çıxıb. Hazırda o və Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sursat təchizatından sui-istifadədə ittiham olunurlar. Qalstyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və onların uydurma olduğunu deyir.
İş adamı silah ticarəti üzrə ixtisaslaşmış bir neçə şirkətə (o cümlədən NPO Neutron) sahib idi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ