ABŞ-ın vitse-prezidenti Münxendən hərbi təyyarə ilə GERİ DÖNDÜ - VİDEO
Tarix: 18-02-2023, 23:09
Baxılıb: 307
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın vitse-prezidenti Münxendən hərbi təyyarə ilə GERİ DÖNDÜ - VİDEO

18-02-2023, 23:09

Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
reportyor.org xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.
“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”- deyə, o bildirib.
Onun sözlərinə görə, artıq K.Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.
Münxenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.



Bizi Telegram-da izləyin


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ