Eks-prezidentlər millətin gələcəyi üçün Japarovla BİRLƏŞDİLƏR
Tarix: 18-02-2023, 23:05
Baxılıb: 198
Google+ Paylaş
Tumblr Paylaş

Eks-prezidentlər millətin gələcəyi üçün Japarovla BİRLƏŞDİLƏR

18-02-2023, 23:05

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün keçmiş rəhbərləri ilə görüş keçirib.
reportyor.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
İlk dəfə belə formatda təşkil olunan görüşdə Askar Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev, Sooronbay Jeenbekov iştirak ediblər. Keçmiş prezidentlərin bir-birini bağışlayaraq millətin gələcəyi üçün birləşməyə qərar verdiyi bildirilir.
Japarov daha əvvəl keçmiş dövlət başçısı Almazbek Atambayevin koloniyadan azad edilməsindən danışıb: “Mən hətta düşmənimin də həbsdə olmasını istəmirəm. Biz bağışlamağı bacarmalıyıq”.
Eks-prezidentlərlə söhbətin yekununda ölkənin hazırkı lideri bildirib ki, iclas iştirakçıları öz giley-güzarlarından danışıb, səhvlərini etiraf ediblər. Japarovun sözlərinə görə, Qırğızıstanın keçmiş rəhbərləri onun “bir yumruqda birləşmək” təşəbbüsünü dəstəkləyiblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ