FHN-in xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxardılar
Tarix: 15-02-2023, 20:24
Baxılıb: 181
Google+ Paylaş
Tumblr Paylaş

FHN-in xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxardılar

15-02-2023, 20:24

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı azyaşlı uşaq və kişi meyitini çıxarıb.
reportyor.org "Report"a istinadla xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvarı prospektindəki binanın dağıntıları altından həmin şəxslərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, indiyədək Azərbaycanın xilasediciləri dağıntılar altından 53 sağ insan, 69 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ