Rahat, təhlükəsiz hərəkət - Bakının nəqliyyat dərdinə ekspertdən fərqli baxış
Tarix: 1-12-2022, 10:31
Baxılıb: 175
Google+ Paylaş
Tumblr Paylaş

Rahat, təhlükəsiz hərəkət - Bakının nəqliyyat dərdinə ekspertdən fərqli baxış

1-12-2022, 10:31

Arzu Süleymanov: “Nəqliyyat sahəsində qərarvermə mexanizmləri müasir dövrün tələbinə cavab verməlidir”

Bakı şəhərində nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Tıxacların yaranması, bəzi istiqamətlərə avtobus çatışmazlığı, metro stansiyalarında pik saatlarda sıxlıq və s. ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin gündəlik problemlərindən biridir.
Şəxsi avtomobili olanlar da A nöqtəsindən B nöqtəsinə hətta ən qısa məsafələrdə belə əziyyət çəkilər. Əhalinin sayının artması, infrastrukturun qənaətbəxş olmaması görünən səbəblərdir. Cəmiyyət isə artıq səbəblərə köklənmək əvəzinə, müsbət həll yolları axtarır. Elə ekspertlər də müxtəlif təkliflərlə çıxış edirlər: müxtəlif yol qovşaqlarında hərəkət istiqamətində dəyişikliklər, universitetlərin paytaxtdan kənara köçürülməsi, avtobusların sayının artırılması, yeni metro stansiyalarının açılması və s. Müasir tendensiyalar, dünya təcrübəsini araşdıranda görünür ki, təyinatından asılı olmayaraq binaların Bakıdan köçürülməsi çıxış yolu deyil, sadəcə, populizmdir.
“İnsanyönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov “Yeni Müsavat”a bu barədə geniş şərh verib. O bildirib ki, əksər ölkələrdə insanlar böyük şəhərlərə axın etdiyi üçün gələcəkdə rahat və təhlükəsiz hərəkət üçün ictimai nəqliyyatın rolu artacaq, odur ki, indidən bunun üzərində işləmək lazımdır: “Dünya Bankının Yol hərəkəti Təhlükəsizliyi Fondu və BMT-nin "Hamı üçün Mobillik" proqramında qeyd olunduğu kimi, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı gözlənildiyi üçün, şəhərlərdə hərəkətliliyə artan tələbat, əsasən avtomobil və motosiklet kimi şəxsi nəqliyyat vasitələrinə arxalanan sistemlər böhran yaşayacaq. Bu baxımdan, əhalinin təhlükəsiz və səmərəli hərəkətini təmin etmək üçün ictimai nəqliyyat sistemlərinə sərmayə qoymaq bu problemin həlli üçün açardır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ