COVID-19-u ağır keçirənlər ətrafdakılar üçün beş həftəyədək təhlükəli ola bilərlər - VİDEO
Tarix: 12-04-2020, 07:30
Baxılıb: 574
Google+ Paylaş
Tumblr Paylaş

COVID-19-u ağır keçirənlər ətrafdakılar üçün beş həftəyədək təhlükəli ola bilərlər - VİDEO

12-04-2020, 07:30

Yeni növ koronavirusu ağır keçirənlər sətəlcəmin klinik əlamətləri itdikdən sonra beş həftəyə qədər ətrafdakıları yoluxdura bilərlər.
Bu barədə “Rospotrebnadzor”un (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) Sankt-Peterburqdakı Paster adına  Epidemiologiya və Mikrobiologiya ETİ-nun innovasiya işi üzrə direktor müavini Aleksandr Semyonov Nailə Əsgərzadənin “Təhlükəli virus-2” filmində bildirib.
“Xəstə nə qədər çox ağır vəziyyətdə olursa, bir o qədər uzun müddət ətraf mühitə virus buraxır, yəni kritik vəziyyətdə olan xəstələr hətta pnevmoniyanın klinik əlamətləri ortadan qalxdıqdan sonra, ətrafdakıları beş həftəyə qədər koronavirusa yoluxdura bilər, - deyə o qeyd edib.
Semyonov əlavə edib ki, Çində koronavirus epidemiyası zamanı bu ölkədən olan həmkarlarının tədqiqatları göstərdi ki, insanların 20-25%-i eyni zamanda iki virusa - mövsümi qrip və COVİD-19-a yoluxmuşdu.
“Əgər insanın immuniteti qrip ilə mübarizə aparmağa hazırdırsa, bu virusa qarşı effektiv peyvənd mövcud olduğu üçün, təbii ki, o, koronavirus infeksiyasını da yüngül keçirəcək. Çünki bu halda iki deyil, bir düşmənlə mübarizə aparmaq lazım olacaq”, - deyə o bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ