İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 4 əsgəri şəhid olub.
reportyor.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada Türkiyə ordusunun iki hərbiçisi şəhid olub.
Daha dörd əsgərin yaralandığı bildirilib.
Dərhal xəstəxanaya çatdırılan əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Nazirlikdən şəhidlərlə bağlı türk xalqına başsağlığı verilib.