Qubada avtoxuliqanlıq edən şəxs saxlanıldı
Tarix: 2-08-2022, 14:31
Baxılıb: 349
Google+ Paylaş
Tumblr Paylaş

Qubada avtoxuliqanlıq edən şəxs saxlanıldı

2-08-2022, 14:31

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan reportyor.org-a verilən məlumata görə, rayon sakini Ruslan İfraimov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.İfraimov 500 manat məbləğində cərimə edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ