“Koronavirus sadəcə bir başlanğıcdır” - alimlərdən yeni pandemiya xəbərdarlığı
Tarix: 2-04-2020, 22:29
Baxılıb: 2 804
Google+ Paylaş
Tumblr Paylaş

“Koronavirus sadəcə bir başlanğıcdır” - alimlərdən yeni pandemiya xəbərdarlığı

2-04-2020, 22:29

“Koronavirusdan sonra daha bir pandemiyanına baş verməsi zaman məsələsidir və biz növbəti infeksiya xəstəliklərinə hazırlaşmalıyıq. Planetimizin əhalisinin artması bizi vəhşi təbiətin qaranlıq tərəflərinə daha da yaxınlaşdırır və yeni virusların peyda olmasını sürətləndirir”.
Musavat.com xəbər verir ki, bu cümlə Böyük Britaniyanın “Daily Mail” qəzetində çıxan bir məqalədə yer alıb.
“Meşələrin qırılması, vəhşi heyvanlarla ev heyvanları kimi davranmağımız, habelə onlardan qida və dərman vasitəsi olaraq istifadə etməyimiz sayəsində COVİD-19 kimi çox bədnam virusları görəcəyik”, - deyə “National Geographic” şirkətinin mikrobioloqu Enrik Sala qəzetə danışıb.
Onun sözlərinə görə, insanlar təbiət dünyası və infeksiya xəstəlikləri arasında əlaqənin olmaması fikrindən bir an öncə vaz keçməlidirlər.
2050-ci ildə dünya əhalisi 2 milyard daha da artaraq 9,7 milyarda yüksələcək. Bu isə qida mənbələrinə təzyiqi və vəhşi təbiətin istismar həcmini artıracaq.
“Planetmizin sağlamlığı uğrunda alyans” təşkilatının eksperti Samuel Mayersin sözlərinə görə, insanların vəhşi heyvanlar aləminə aktiv müdaxiləsi onları həmçinin tanımadıqları populyasiyalara daha da yaxınlaşdırır.
“Biz bilirik ki, digər heyvanlar patogen və təhlükəli mikroorqanizmlərin böyük anbarı sayılırlar. Onların bir çoxunu hələ tanımırıq”, - deyə o, “The İndependent” qəzetinə danışıb.
Böyük Britaniyanın infeksiya xəstəlikləri üzrə ekspertlərindən Devid Kvammen də Yer kürəsinin ekosisteminin hələ bir çox vəhşi heyvan, bitki, göbələk və bakteria növləri ilə dolu olduğunu deyir. Onun fikrincə, planetimizdə “COVİD-19”da olduğu kimi insanlar arasında yayılmağa qabil bir çox unikal viruslar mövcuddur.
“Əgər biz bu koronavirusu ram etsək belə, artıq növbəti patogen haqqında düşünməyə başlamalıyıq. Bu səbəbdən təbiətin mühafizəsi üzrə radikal tədbirlərə keçilməlidir. Bizlər ev tikmək, şaxtalar qurmaq üçün tropik meşələri məhv edir, vəhşi heyvanları yemək məqsədilə ovlayırıq, bununla da yeni virusları azadlığa buraxır və özümüzü onlar qarşısında zəif vəziyyətə salırıq”, - deyə o vurğulayıb.
“İnsandan heyvana və ya əksinə xəstəlik keçməsi dünyadakı infeksiya xəstəliklərinin 17%-ni təşkil edir və normal şəraitdə ildə 700 min insanın ölümünə səbəb olur. 1950-ci ildən sonra 30-dan çox yeni infeksiya xəstəliyi ortaya çıxıb. 1980-cı ildə bu rəqəm üç qata qalxıb. Bunların içində HİV, Ebola, Atipik pnevmoniya, Yaxın şərq tənəffüs sindromu, Zika virusunu göstərmək olar”, - deyə “Daily Mail” qəzetinin məqaləsində qeyd olunur.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ