Gəncə Avtomobil Zavodu da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı
Tarix: 22-03-2020, 13:03
Baxılıb: 688
Google+ Paylaş
Tumblr Paylaş

Gəncə Avtomobil Zavodu da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı

22-03-2020, 13:03

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib.
Bu barədə musavat.com-a müəssisənin mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə bildirilir ki, müəssisə koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə köməklik məqsədilə dəstək göstərir.
Habelə müəssisə, koronavirusla bağlı müəyyən edilmiş bütün qaydalara riayət edir və bütün əməkdaşlarını bir daha məsuliyyətli olmağı çağırır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ