Samux rayon icra başçısından YARIM MİLYON MANATLIQ ŞÜBHƏLİ TENDER...
Tarix: 21-04-2024, 11:35
Baxılıb: 263
Google+ Paylaş
Tumblr Paylaş

Samux rayon icra başçısından YARIM MİLYON MANATLIQ ŞÜBHƏLİ TENDER...

21-04-2024, 11:35

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrın 25-də Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin olunub. Maraqlı tərəfi isə icra başçısı 6 aydır təyin olunduğu vəzifədən istifadə edərək, təxmini yarım milyon manatlıq (450 min manat) tender müqaviləsinə imza atıb.


Hurriyyet.az sözügedən icra hakimiyyəti və tabeliyindəki qurumların Firdovsi Əliyevin rəhbərliyi dövründə həyata keçiridiyi tenderləri təqdim edir:




Samux Rayon İcra Hakimiyyəti - "TSM GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - "Sair xərc maddəsi üzrə tələb olunan malların satınalınması" - Məbləğ: 27.724,86 AZN

Bildirək ki, “TSM Group” şirkətinin nizamanmə kapitalı 10 AZN, qanuni təmsilçisi isə RZA QASIMOV KAMİL Oğludur.

Samux Rayon İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kamunal Təsərrüfatı İB- "BETA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti - Abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması - Məbləğ: 123.419,62 AZN





Şirkətin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi VAQİF QASIMOV DURSUNƏLİ OĞLUdur.

Samux Rayon İcra Hakimiyyətinin Samux Şəhər İnzibati Ərazi Dairəsi - “ELMAN" MMC — Samux şəhəri “ Kolayır prospekti, Kolayır prospekti döngə, H.Əliyev prospekti, Əsgər Zeynelov küçəsi, Mikayıl Müşviq küçəsi və 28 May küçəsində əsaslı təmir işləri“ - Məbləğ: 298.901,32 AZN

“ELMAN” MMC-nin qanuni təmsilçisi VAQİF QASIMOV DURSUNƏLİ OĞLUdur. Nizamnamə kapitalı isə cəmi 10 manatdır.

Hələlik yarım milyon manatlıq maliyyə Samux rayonunda ayrılan işlərdə öz təsdiqini tapmıyıb.

Gəncə müxbiri Azər,

Hurriyyet.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ