Daha bir ŞAD XƏBƏR eşidə bilərik – Tezliklə…
Tarix: 22-04-2024, 10:25
Baxılıb: 71
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir ŞAD XƏBƏR eşidə bilərik – Tezliklə…

22-04-2024, 10:25

Cənubi Qafqaz növbəti mərhələyə qədəm qoyub. Rusiya sülhməramlıları Qarabağı tərk edir, Qazaxın 4 kəndi Azərbaycana qaytarılır, yaxın vaxtlarda Ermənistanla sülh sazişinin bağlanacağı da istisna edilmir. İndidən Zəngəzur dəhlizinin açılacağı barədə müsbət proqnozlar vermək mümkündür.
 
Bu proses regionun aparıcı dövlətləri Türkiyə və Rusiyanın yaxından dəstəyi, iştirakı ilə baş verir. Qərb bu prosesin harasındadır? Bütün bunlardan sonra hansı mərhələ başlayacaq?
 
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, son günlər regionda kifayət qədər maraqlı hadisələr baş verir:
“Rusiya sülhməramlıları bölgəni tərk edir. Hətta bir çox yerli ekspert “Rusiya ayaq basdığı torpağı tərk etmir” tezisini israrla müdafiə edirdi. Amma proseslərin gedişi göstərdi ki, Azərbaycanın apardığı siyasət və Rusiya ilə qurulan düzgün münasibətlər nəticəni bizim xeyrimizə etdi. Təbii ki, burada Türkiyə faktorun da qeyd etmək lazımdır.
Azərbaycan lokal xarakterli antiterror əməliyyatlarından sonra reinteqrasiya prosesi çərçivəsində ermənilərin ərazidə qalaraq vətəndaşlığı qəbul etməsini istəsə də, alınmadı. Hesab edirəm, Ermənistan və Fransanın planı nəticəsində ermənilər Bakının təklifini qəbul etmədi. Təbii ki, onların bir qisminin bölgədə yaşamaq hüququ yox idi. Çünki vaxtilə onlar qanunsuz şəkildə əraziyə gətirilərək məskunlaşmışdı. Məhz buna görə də onlar Qarabağdan sonra Ermənistanda qalmadı və ilk gəldikləri ölkələrə köç etdi”.
 
 
Politoloq deyib ki, Qazaxın 4 kəndinin bir güllə belə atılmadan Azərbaycana qaytarılması çox mühüm məsələdir:
 
“Bu kəndlərin qaytarılmasına dair açıq mətn keçən ilin oktyabr ayında təqdim edildi. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirdi ki, bu kəndlər qaytarılmalıdır. Sonrakı dövrdə delimitasiya komitəsinin görüşü zamanı bu məsələ müzakirə edildi. Rəsmi Bakının təklifi ilə delimitasiya prosesinə sərhədin Qazax bölgəsindən başlanıldı. Bu, kəndlərin qaytarılması ilə bağlı idi. 4 kənd qaytarıldı və növbəti mərhələdə 4 kəndin qaytarılması gündəmdədir. Təbii, danışıqlar zamanı başqa detallar müzakirə ediləcək. Bundan sonra isə qarşıda bizi Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması gözləyir. Bu proses də qısa zamanda həll ediləcək”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ