Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib
Tarix: 29-03-2024, 13:22
Baxılıb: 42
Google+ Paylaş
Tumblr Paylaş

Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib

29-03-2024, 13:22

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Reportyor.tv xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ