Sahibə Qafarova: II Qarabağ müharibəsi və antiterror əməliyyatı azərbaycanlıların soyqırımıları silsiləsinə son qoyub
Tarix: 29-03-2024, 12:29
Baxılıb: 62
Google+ Paylaş
Tumblr Paylaş

Sahibə Qafarova: II Qarabağ müharibəsi və antiterror əməliyyatı azərbaycanlıların soyqırımıları silsiləsinə son qoyub

29-03-2024, 12:29

Azərbaycan xalqı erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərlə günahsız insanın xatirəsini daim ehtiramla yad edir.
Reportyor.tv-nin məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin cümə günü keçirilən plenar iclasında çıxışı zamanı, 31 mart - Azərbaycanlıların soyqırımı gününə toxunaraq deyib.
Spiker qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində əldə etdiyi tarixi qələbələr, dövlətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son iki yüz ilə yaxın dövrdə azərbaycanlıların məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və soyqırımıları silsiləsinə son qoyub:
“Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib. Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ