Paşinyanın Qazaxa səfərinin detalları: 4 kəndlə bağlı son qərar verildi - FOTO
Tarix: 19-03-2024, 09:22
Baxılıb: 80
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın Qazaxa səfərinin detalları: 4 kəndlə bağlı son qərar verildi - FOTO

19-03-2024, 09:22








Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxın Əskipara kəndinə səfərinin detalları yayılıb.

Publika.az
xəbər verir ki, Paşinyan Əskiparada, Bağaniz Ayrımda və ətraf ərazilərdə məskunlaşmış ermənilərlə görüşüb və onlara bu kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini izah edib.

“Əvvəldən demişdim ki, sizin qəsəbənizlə bağlı problemlər olanda gəlib sizinlə müzakirə edəcəm. Mən sizinlə hansı praktiki məsələni müzakirə etməyə gəlmişəm? Problem ondadır ki, Ermənistanla Azərbaycan arasında demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bizə görə demarkasiya Ermənistanın başladığı yerdə yerləşmə deməkdir. Hamımız bunun haradan başladığını, harada bitdiyini bilirik. Siz də yaxşı bilirsiniz”, - o deyib, daha sonra Ermənistan xəritəsini göstərib.

Nikol əlavə edib ki, demarkasiya komissiyaları Ermənistanın haradan başladığına qərar verməlidir və bu xətt Azərbaycanla dövlət sərhədinə çevrilməlidir. Paşinyan prosesin niyə Əskiparadan başlandığını izah edib.

“Bağanisdən Berkaberə (əsl adı Bibiş olan kənd) qədər hissədə real demarkasiya prosesinə başlaya biləcəyimizi görürük. Azərbaycan 4 kənddən danışır, biz 31 kənddən. Biz bu məsələni, onlar o məsələni qaldırır. Biz bu müzakirələrdə önə çıxmaq istəyəndə problemli vəziyyətdə olan 31 yaşayış məntəqəmizin olması məntiqinə arxalansaq belə, onlardan geridə qalırıq. Azərbaycan bildirir ki, danışdığımız 31 kəndin heç birinin yaşayış ərazisi onların nəzarəti altında deyil. Onlar bildirir ki, gəlin əvvəlcə qəsəbələri azad edək, sonra kəndlərin, qəsəbələrin həyati əhəmiyyət kəsb edən ərazilərini müzakirə edək. Təbii ki, biz qarşı çıxırıq və deyirik ki, kənd təkcə icra hakimiyyəti deyil. Demək istəyirəm ki, biz müzakirələr zamanı bütün arqumentləri gətiririk. Bizim siyasətimiz ondan ibarətdir ki, müharibəyə imkan verməməliyik. Buna görə sərhədi tənzimləmək qərarına gəldik”, - o deyib.

Paşinyanın açıqlamasından qapalı danışıqlara dair müəyyən təsəvvür formalaşır: İrəvanın iddia etdiyi 31 kənd Azərbaycanın faktiki nəzarətində deyil, sadəcə olaraq, bu kəndlər ətrafında strateji yüksəkliklərdə mövqe tutan ordumuzun vizual nəzarətinə düşür; Azərbaycanın işğal altında qalan 8 kəndi isə birbaşa ermənilərin nəzarətindədir; Ermənistan ordumuzun geri çəkilməsini, vizual nəzarətdən imtina etməsini istəyir; Azərbaycan isə bildirir ki, əvvəlcə yaşayış sahəsi işğalda olan kəndlər azad edilsin (birinci mərhələdə anklav olmayan 4 kənd), daha sonra vizual nəzarətdə olan kəndlər məsələsinə baxılsın;

Bu o deməkdir ki, Ermənistanın ilkin mərhələdə 4 kəndi qaytarmasına qarşılıq, Azərbaycan sərhədin hansısa istiqamətində geri çəkilmir, sadəcə olaraq, bu məsələnin müzakirə mərhələsinə keçməsi ilə razılaşır.

Paşinyan daha sonra görüşdə iştirak edən ermənilərin suallarını cavablandırıb. Ermənistan mediasının məlumatına görə, bu kəndlərdə məskunlaşan ermənilər sərhədin müəyyən edlməsi üçün təhlükəsizlik komitəsinin üzvləri ilə mütəmadi olaraq fikir mübadiləsi aparacaq, problemlərini dilə gətirəcəklər. Paşinyan söz verib ki, kəndlərin qaytarılmasından sonra həmin istiqamətdə yarana biləcək yol və infrastruktur problemləri həll ediləcək.

Erməni baş nazirin Qazaxın ərazisinə gəlişi, orada keçirdiyi görüş və səsləndirdiyi fikrilər deməyə əsas verir ki, 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının qaytarılması qərarı verilib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ