Ermənistan satır, Rusiya izləyir: Moskva bunun cavabını verəcək - Türkiyədən reaksiya
Tarix: 28-02-2024, 09:37
Baxılıb: 87
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan satır, Rusiya izləyir: Moskva bunun cavabını verəcək - Türkiyədən reaksiya

28-02-2024, 09:37








“Paşinyan, sülh masasına geri qayıt. Fransada və başqa ölkələrdə bu problemin həllini tapa bilməyəcəksən. Bu problemin həlli yenə bu bölgədədir”.
Bu sözləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, bölgədə əlaqəsi olmayan bir ölkə ilə yaxın əlaqə qurmaq Ermənistana heç bir fayda vermir.
“Türkiyə, Azərbaycan və Rusiya federasiyası Ermənistanın qonşu ölkəsidir. Fransa isə Azərbaycanın və Türkiyənin dostu olmadığını davranışları ilə göstərib. Paşinyanın Yunanıstana ziyarətini də normal qiymətləndirirəm. Yunanıstan son zamanlarda Türkiyəyə qarşı yumuşalma siyasəti göstərir. Ayrıca, Azərbaycan TANAP layihəsi ilə Yunanıstana təbii qaz verir. Paşinyanın Yunanıstana ziyarətinin heç bir məna kəsb etməyəcəyini düşünürəm. Yunanıstan da Ermənistan kimi mikrodövlətdir, ona görə də Cənubi Qafqaz məsələsi ilə bağlı bir fikrinin olacağını düşünmürəm”,- o, bildirib.
Hülusi Kılıç qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinə digər ölkələrin qarışması bu məsələnin uzandığını göstərir:
“Bu, Cənubi Qafqazda sabitliyin pozulması deməkdir. Buna görə də biz həmişə deyirik ki, bu problemin həlli bölgəyə aid ölkələrlə həll olunmalıdır. Bu sülh məsələsi Azərbaycan və Ermənistan arasındadır. Azərbaycan suverenliyini bərpa edib. Sülh müqaviləsinin Azərbaycandan çox Ermənistanın işinə yarayacağını deyə bilərik. Əgər bu müqavilə baş tutarsa, Türkiyə də Ermənistan ilə əlaqələrini normallaşdıracaq. Yəni Ermənistan bir daşla iki quş vurmuş olacaq. Lakin Ermənistan konstitusiyasında və rəsmi sənədlərində Türkiyə və Azərbaycan əleyhinə olan tələblərin çıxarılması lazımdır”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ