"Biz qayıdacağıq..." sənədli filmi təqdim edilib.
Tarix: 20-11-2023, 21:18
Baxılıb: 564
Google+ Paylaş
Tumblr Paylaş

"Biz qayıdacağıq..." sənədli filmi təqdim edilib.

20-11-2023, 21:18

Qərbi Azərbaycan həqiqətləri haqqında daha bir film təqdim olunub. 
1988-89-cu illərdə qədim Azərbaycan torpağı olan indiki Ermənistan respublikasından deportasiya edilmiş, qovulmuş azərbaycanlıların yaşadığı facilərdən bəhs edən daha bir film tamaşaçılara təqdim edilib. 
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin  “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” adlı layihə əsasında çəkilən film “Biz qayıdacağıq...” adlanır.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. 
Filmin təqdimat mərasimində əvvəlcə Azərbacan Respublikasının Dövlət Himni səsləndirilib. Milli Lider Heydər Əliyevin, həmçinin  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Layihənin icraçısı olan “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib ki, Qərbi Azərbaycana qayıdışla bağlı bağlı tarixi missiya davam edir.  
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva filmin tarixi əhəmiyyətə malik olduğuna diqqət çəkib. 
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sənədli film haqqında təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, “Biz qayıdacağıq...” sənədli filminin senari müəllifi və rejissoru
Teymur Zahidoğludur


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ