Qəzzaya bu qədər bomba atılıb: Xirosimaya atılandan...
Tarix: 31-10-2023, 10:34
Baxılıb: 234
Google+ Paylaş
Tumblr Paylaş

Qəzzaya bu qədər bomba atılıb: Xirosimaya atılandan...

31-10-2023, 10:34

İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına 18 min ton bomba atdığı bildirilib ki, bu da İkinci Dünya Müharibəsində Xirosimaya atılan bombanın gücündən 1.5 dəfə çoxdur.
Publika.az xəbər verir ki, Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selame Maruf təşkil etdiyi mətbuat konfransında İsrailin hücumlarının Qəzzada yol açdığı dağıntılar barədə məlumat verib.
İşğal qüvvələrinin Qəzzada 85 dövlət binasını dağıtdığını bildirən Maruf deyib:
"İsrail Qəzzada 47 məscidi dağıdıb, 3 kilsəyə böyük ziyan vurub. Hücumlar nəticəsində 200 mindən çox bina zərər görüb, onlardan 32 min 500-ü tamamilə dağılaraq yaşayış üçün yararsız hala düşüb, 203 məktəbə böyük ziyan dəyib, 45 məktəb tamamilə istismardan çıxıb. Güclü hücumlar səbəbindən statistika hələ tam deyil.
Qəzzaya 18 min ton bomba atılıb ki, bu da Xirosimaya atılanlardan 1.5 dəfə çoxdur. İsrail ordusu 908 ailəyə qarşı qətliam törədib, minlərlə insanın ölümünə səbəb olub. Hücumlarda 35 jurnalist, 124 səhiyyə işçisi və fövqəladə xilasetmə qruplarından 18 mülki müdafiə işçisi həyatını itirib”.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ