Sumqayıtda karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir-FOTO
Tarix: 10-04-2020, 13:07
Baxılıb: 1 285
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıtda karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir-FOTO

10-04-2020, 13:07

Bir müddət əvvəl bəzi youtube kanallarında Sumqayıt şəhəri ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejimində həqiqətə uyğun olmayan materillar yayıblar.Həmin məlumatda bildirilir ki,guya pilisi vətəndaşların üzərinə salıblar,polislər insanları küçəyə sərbəst çıxmağa qoymur,maşınlara mindirib aparırılar ,həbs edirlər və sairə.
Amma bütün bu kimi informasiyalar  tam əsassızdır və hqəqitə uyğun deyildir.
Buna Sumqayıtda şəkiliş aparan BÖLGƏ TV-nin əməkdaşları da şahid olublar.
Belə ki,Sumqayıtda SMS-lə küçəyə çıxmaq icazəsi olanlar tam sərbəst şəhərdə hərəkət edirlər.Karantin rejiminə əməl edən sakinlər şəhərdə fəaliyyət göstərən dövlət qurumlarına ,banklara heç bir məhdudiyyət   olmadan gedib-gələ bilirlər.Sumqayıt polisinin rəhbər heyəti başda  Sumqayıt Polis İdarəsinin rəisi olmaqla şəxsən   küçəyə çıxaraq vəziyyətə nəzarət edirlər və keşkidə duran polis əməkdaşları daxili qoşunların əməkdaşları ilə birlikdə qanunların təmin olunmasına riayət edirlər.Sumqayıt polisi həmçinin vətəndaşlara kömək edir,maskası olmayanlara  maska taxmağı tövsiyyə edirlər,bir çox hallrda isə özləri vətəndaşlara maska verirlər.
 
Xatırladaq ki, Sumqayıt şəhəri ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən   verilən məlumata görə, şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar.Xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Sumqayıt şəhərində polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ