“Bu cür məlumatlar Sumqayıtda görülən müsbət işlərə kölgə salmaq məqsədi güdür”-AÇIQLAMA
Tarix: 8-04-2020, 04:50
Baxılıb: 669
Google+ Paylaş
Tumblr Paylaş

“Bu cür məlumatlar Sumqayıtda görülən müsbət işlərə kölgə salmaq məqsədi güdür”-AÇIQLAMA

8-04-2020, 04:50

“Bu tipli informasiyalar şər-böhtandan, icra başçısının Sumqayıtda gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil”.

 Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında bəzi mətbu orqanların yaydığı məlumatlar şər-böhtandan ,qarayaxmadan və Sumqayıtda son zamanlar icra hakimiyyəti tərəfindən görülən işləri gözdən salmaq məqsədi güdür. Bu haqda Bolgexeber.com-a Sumqayıt İcra Hakimiyyətindən bildirilib. Sumqayıt İcra Hakimiyyətindən həmçinin bildirilib ki,şəhərdə sahibkarlığa və sahibkarlara diqqət və qayğı ilə yanaşılır, onların problemləri daima diqqət mərkəzində saxlanılır.
 
Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.
Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən də elə ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilib. Ölkəmizdə ilk Koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan kimi ölkə başçısının tapşırığı ilə  Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Sumqayıt şəhərində yaradılmış komissiya tərəfindən də şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.
Şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal,   dəmiryolunda və şəhərin müxtəlif  yerlərində (park, bulvar, meydanlarında) qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır.
Dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi işlər görülür.
infeksiyanın yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir.
Bu məqsədlə paytaxtla yanaşı, Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər. Şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlər daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospektlərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kampaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.
Bolgexeber.com













 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ