Adı müxtəlif cinayət əməllərində çəkilən Bəşirova necə direktor oldu? - Nürəngiz Bəşirovayla TƏBİB sədri iş birliyində
Tarix: 31-08-2021, 11:55
Baxılıb: 966
Google+ Paylaş
Tumblr Paylaş

Adı müxtəlif cinayət əməllərində çəkilən Bəşirova necə direktor oldu? - Nürəngiz Bəşirovayla TƏBİB sədri iş birliyində

31-08-2021, 11:55

Beyləqan əhalisinin və xəstəxanada çalışan həkimlərin verdiyi məlumata görə, TƏBİB-in rəhbəri Ramin Bayramlı böyük məbləğdə rüşvət alaraq, adı müxtəlif cinayətlərdə çəkilən Xocavənd rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanı Beyləqan MX-na direktor təyin edib. Qeyd edim ki, Xacavınddə baş həkim işlədiyi zaman doğulmamış körpələrə saxta sənəd tərtib edib, dövlətin pulunu mənimsədiyinə görə, 2016-cı ildə Nurəngiz Bəşirova barədə Ağcabədi rayon prokurorluğunda ACM-nin 2 maddəsilə cinayət işi açılmış, 2 dəfə baş həkim vəzifəsindən qovulmuş, lakin rüşvətlə həmin vəzifəyə yenidən bərpa olunduğuna görə, xocavəndlilər yuxarı dövlət orqanlarına fasiləsiz şikayət etmişlər. Rüşvətxor həkimi şikayətdən yayındırmaq üçün Ramin Bayramlı işə girişir və o, Nurəngiz Bəşirovanı fevral 2021-ci ildə Beyləqan Mərkəzi Xəstəxanasına direktor təyin edib. Beyləqanda bu təyinata ciddi təpgilər olub, lakin bu təpgiləri nəzərə alan olmayıb. Nurəngiz Bəşirova isə himayəçilərinin güclü olduğunu hiss edib və Xocavənddə törətdiyi rüşvətxorluğu Beyləqanda daha da genişləndirib. Bu barədə rayon əhalisi və media düz 4 aydır ki haray çəkir! Lakin nə TƏBİB-in rəhbəri Ramin Bayramlı, nə də yuxarı dövlət orqanları xalqın şikayətinə əhəmiyyət verib, Nurəngiz Bəşirovanın Beyləqan MX-da törətdiyi cinayətləri dayandırmaq üçün heç bir tədbir görmür! Təqdim etdiyimiz video Nurəngiz Bəşirovanın cinayət əməllərindən bəhs edir...
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ