Azərqaz İB Beyləqan rayon şöbəsi Qarabağ əlilinə 140 manat "atıb"?
Tarix: 25-08-2021, 17:22
Baxılıb: 921
Google+ Paylaş
Tumblr Paylaş

Azərqaz İB Beyləqan rayon şöbəsi Qarabağ əlilinə 140 manat "atıb"?

25-08-2021, 17:22

Beyləqan rayonunun Şərq qəsəbəsində yaşayan ikinci qrup Qarabağ əlili Məmmədov Nicat Əkbər oğlu redaksiyaya zəng edərək Azərqaz İB-nin Beyləqan şöbəsinin rəhbərliyindən.
 
O, bildirib ki, evindəki qaz sayğacında problem yaranıb. Nicat Məmmədovun dediyinə görə, qaz sayğacında yaranmış problemə görə, Azərqaz İB-nin Beyləqandakı idarəsinə müraciət edib. İdarədən göndərilən mütəxəssislər problemi həll etmək üçün qaz sayğacını söküblər. Sonra sayğacın problemini həll etdiklərini deyib, sayğacı öz yerinə quraşdırıb gediblər.
Nicat Məmmədov deyir ki, sayğacın saz vəziyyətə gətirilməsindən bir həftə keçməmiş sayğacda 140 manat borc yaranıb. Bu hadisə ilə əlaqədar Nicat Məmmədov Azərqaz Beyləqan şöbəsinin müdiri Tahir Abdullayevin və onun müavini Anar Quliyein qəbulunda olub. Məsələni xeyli müzakirə etdikdən sona müdir və müavin Qarabağ əlilinə bildiriblər ki, sənə heç cür kömək edə bilmərik, 140 manat borcu mütləq ödməlisən.
Qarabağ əililinin dediyinə görə, 140 manatı borcun yaranmasnda sayğacdakı problemi həll etməyə gələn idarə işçilərinin barağı var və onların bunu qəsdən etməsindən şübhələnib və bu cür halın baş verməsi kənd ərazsində ilk hadisə deyil.
İkinci qrup Qarabağ əlili Nicat Məmmədov təqaüddən əlavə ailəsinin başqa gəliri mənbəyi olmadığını bildirir və 140 manat pulu ödəmək üçün onun imkanının olmadğını deyir.
Ona görə də, Qarabağ əlili bu problemin həll olunmasına Azərqaz rəhbərliyinin və digər dövlət orqanlarının köməklik göstərməsini xahiş edir.
Röyal


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ