Füzulidə saxta diplomlu iki bağça müdirəsi – Və ya onları “göz bəbəyi kimi qoruyan” icra hakimiyyəti
Tarix: 3-02-2021, 13:40
Baxılıb: 705
Google+ Paylaş
Tumblr Paylaş

Füzulidə saxta diplomlu iki bağça müdirəsi – Və ya onları “göz bəbəyi kimi qoruyan” icra hakimiyyəti

3-02-2021, 13:40

Füzuli rayonunun Aşağı və Yuxarı Kürdmahmudlu kəndlərindəki uşaq bağçalarının müdirələrinin diplomlarının etibarlılığı aşkar şübhə doğurur. Bu barədə mənbə iddia edir.
Mənbənin iddiasına görə, hələ bir müddət əvvəl hər iki bağça müdirələrinin diplomlarının saxtalığının aşkarlanması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə olunan müraciətlərə baxmayaraq, həmin saxtakar bağça müdirləri bu gün də iş başındadırlar. Hələ də indiyə qədər aidiyyəti qurumlar tərəfindən həmin diplomların legitimliyinin yoxlanılması tədbirləri görülməyib. Belə olan halda isə, ortaya haqlı bir sual çıxır: Saxta diplomlu hər iki bağça müdirlərinin işləməsi icra hakimiyyətində kimlərə sərf edir? Və yaxudda ki, hər iki bağça müdirlərinin korrupsiyaya bulaşmış çırkli əlləri ilə icra hakimiyyətində kimləri yedirdir ki, onlara gözün üstə qaşın var deyən yoxdur?
RealMedia.az-ı bilgiləndirən mənbə iddia edir ki, Yuxarı Kürdmahmudlu kənd uşaq bağçasının müdirəsi saxta sənədi ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından, Aşağı Kürdmahmudlu kənd bağçasının müdirəsi isə AMİ-nin Gəncə Filalındən əldə edib. Və hər iki bağça müdirəsinin diplomları Gəncə və Qazax filialları tərəfindən verilmiş heç bir hüquqi əsası olmayan, dövlət nümunəli diplom deyil. Bunu TN-yi özüdə təsdiq edər.
Heç kəsə sirr deyil ki, AMİ-nin ləğv olunmasının əsas səbəbi institutun Gəncə və Qazax filialları tərəfindən hüquqi əsası olmadan, dövlət nümunəli olmayan diplomların verilməsi olmuşdu. Faktları o vaxtkı təhsil naziri Mikayıl Cabbarov da təsdiqləmişdi. 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində bağlanan Gəncə filialıında təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu. Qazax filialının direktoru İsa Veyisov həbs olundu. Gəncə filialının rəhbəri Ramiz Məmmədova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülmüş və o, məsuliyyətə cəlb olunmuşdu.
Odur ki, sabahımız hasab olunan təhsilimizi saxta diplomlu “pedaqoqlar”ın ümidinə buraxmaq olmaz.
Ümid edirik ki, TN-yi adlarını yuxarıda qeyd etdiyimiz uşaq bağçalarının müdirlərinin diplomlarının yoxlanılmasına qərar verəcək və həmin şəxslərin də işdən çıxarılması üçün gərəkli tapşırıqlar verəcəkdir. Çünki cəmiyyətimizin bu cür “pedaqoqlar”a ehtiyac yoxdur.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ