İsmayıllıda meşə massivi qəsdən yandırılıb?
Tarix: 5-12-2020, 13:30
Baxılıb: 993
Google+ Paylaş
Tumblr Paylaş

İsmayıllıda meşə massivi qəsdən yandırılıb?

5-12-2020, 13:30

reportyor.org-yə daxil olan məlumata əsasən Ismayıllı rayonunun Tircan kəndi yaxınlığında yerləşən meşə massivində baş verən yanğının səbəbləri hələ də müəyyənləşdirilməyib. Bir neçə gün əvvəl sözügedən kəndin bələdiyyəsinə aid olan meşəlik ərazinin “Acıdərə” adlanan adlanan hissəsində 20 hektardan çox meşə, kol bitkiləri, əkin üçün yararlı sahədə bitki örtüyü yanıb. Hadisə yerinə FHN Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub. Rayon polis şöbəsinin əməkdaşları yanğın baş verən əraziyə gəliblər. Yanğının törəndiyi ərazini sahibkar Rabil Əhmədzadə Tircan Kənd Bələdiyyəsi ilə bağladığı müqaviləyə əsasən uzun müddətə icarəyə götürüb. Ərazinin qəsdən yandırılması ehtimal edilsə də, hələ ki, heç bir rəsmi açıqlama yoxdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ