Beyləqanda bu idarədə 6 “levi” kart aşkar edildi – İDDİA
Tarix: 13-03-2020, 07:31
Baxılıb: 1 549
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanda bu idarədə 6 “levi” kart aşkar edildi – İDDİA

13-03-2020, 07:31

Beyləqan rayon Yaşıllaşdırma İdarəsində yoxlama aparılıb. Yoxlama zamanı 6 “levi” kart aşkarlandığı bildirilir.

Gəzən söz-söhbətlərə görə ötən həftə Maliyyə Nazirliyinin yerli Şöbəsi tərəfindən Beyləqan rayon Yaşıllaşdırma İdarəsində yoxlamalar aparılıb. Məlumata görə aparılan yoxlama zamanı Yaşıllaşdırma İdarəsində 6 nəfərin adına yazılmış “levi” kart aşkarlanıb.

Bu demək nə qədər qəribə görsənsə də, hazırda aşkarlanmış hüquqpozmaların yerli maliyyə şöbəsinin ört-bastır etməyə çalışdığı bildirilir. Mənbəmiz iddia edir ki, əvvəllər (İbadət Balakişiyevin müdir dönəmində) 6 (altı) “levi” ştat olub ki, həmin ştatlardan da idarə müdiri və rayon rəhbərliyi faydalanıb. Lakin İbadət Başakişiyev işdən çıxarıldıqdan sonra yerinə təyin edilən Əliyar Həsənovun dövründə isə bu ştatlar ləğv edilib. Ə. Həsənov da işdən kənarlaşdırılaraq yerinə Məzahir Qmboyov təyin edildikdən sonra ləğv edilmiş 6 “levi” ştat yenidən bərpa edilmişdir.

Hal hazırda da Maliyyə nazirliyinin yerli şöbəsi həmin 6 “levi” ştatdır ki, aşkara çıxarıb.

Mənbəmiz onu da iddia edir ki, 6 “levi” kartı cibində gəzdirən idarə müdiri hər ay orta hesabla 1500 manat pulu mənimsəyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ